...

“Atəşgah” Sığorta Şirkətinin xidmətlərindən Aykart-la yararlanmaq olar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2012 10:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" Sığorta Şirkətinin xidmətləri indi daha sərfəli və rahat yolla təqdim olunur.

Artıq "Atəşgah" Sığorta Şirkətinin icbari və könüllü sığorta xidmətlərindən DəmirBank-ın "Aykart" kredit kartı vasitəsilə yararlanmaq olar. Belə ki, hər bir müştəri "Atəşgah" SŞ-nin dörd satış nöqtəsindən (Təbriz küç. 64; C. Məmmədquluzadə küç, 998-ci məhəllə; Mətbuat pr. 18/7; S.A.Şirvani küç.1B) birinə müraciət etməklə istənilən sığorta məhsulunu 6 aya əlavə xərcsiz ödəmək imkanı ilə əldə edə bilər.

Aykart-ın əsas istifadə təyinatı DəmirBank-la tərəfdaş olan ticarət və xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran, turizm və s.) mal və xidmətlərin dəyərinin kartla ödənişidir. Aykart vasitəsilə müştərilərə xidmət haqqı olmadan faizsiz kredit xətti ilə 3 il müddətinə 300-dən 5000-dək manat məbləğində vəsait ayrıla bilər.

Kart üzrə istifadə edilən məbləğlər müvafiq aylar ərzində hər ayın 1-dən 10-dək Banka ödənilir. Ödənilən məbləğ kart hesabına mədaxil olunur və beləliklə kredit xətti 3 il ərzində dəfələrlə yenidən istifadə edilə bilər.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir.

"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. təşkil edib.

"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti