...

Bakıda kanalizasiya və yağış sularının axıdılması üçün magistral xətlər tikilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2012 14:15 (UTC +04:00)
Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsindən başlayaraq H.Zərdabi küçəsi boyunca ərazidəki kanalizasiya və yağış sularının axıdılması üçün hər birinin uzunluğu təqribən 1000 metr olan 2 magistral xətt tikilir.
Bakıda kanalizasiya və yağış sularının axıdılması üçün magistral xətlər tikilir (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsindən başlayaraq H.Zərdabi küçəsi boyunca ərazidəki kanalizasiya və yağış sularının axıdılması üçün hər birinin uzunluğu təqribən 1000 metr olan 2 magistral xətt tikilir.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 500 mm diametrli polietilen borularla tikilən həmin xətlər A.Salamzadə küçəsindən keçən kanalizasiya və yağış suları kollektorlarına birləşdiriləcək. Bununla da yağış suları kanalizasiya sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Bu da yağış sularının birbaşa Xəzərə axıdılmasını təmin edəcək.

Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır.

Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, intensiv yağıntılar zamanı H.Zərdabi küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni xətlər istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.

Xəbər lenti

Xəbər lenti