Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın Almaniya ilə ixracı artırması üçün bütün imkanları var. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) icraçı direktoru Fleren Şreder bildirib.
Onun sözlərinə görə, ötən il iki ölkə arasında mal dövriyyəsi 1,5 milyard avro təşkil edib. Almaniya Azərbaycandan neft ixrac edən ölkələr sırasında yeddincidir. Bundan başqa, AFR Azərbaycandan meyvə və tərəvəz də alır.
"Almaniya Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır", - Şreder qeyd edib.
Öz növbəsində, Azərbaycan Almaniyadan 900 milyon avro məbləğində məhsullar ixrac edir. Onların arasında avtomobil hissələri, kimyəvi məhsullar və digər mallar var.
Şreder bildirib ki, Almaniya ixrac əməliyyatları üzrə dünyada ikinci yeri tutur və Azərbaycan strateji əməkdaşlığın əsas sahələrini özü müəyyən etməlidir.