...

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2012 18:36 (UTC +04:00)
Azərbaycanda avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 8,7 faiz bahalaşıb.
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycanda avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 8,7 faiz bahalaşıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 110,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 10,5 faiz bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6 faiz ucuzlaşıb.

Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 4,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 3,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,4 faiz, neft məhsullarının istehsalı və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, içki istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

İstehsalçı qiymətləri rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,9 faiz, qida məhsullarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3 faiz, geyim istehsalı, kimya və metallurgiya sənayesi üzrə 0,2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,3 faiz bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti