...

Ümumdünya Ticarət Palataları Federasiyası Azərbaycana dəstək göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2012 12:38 (UTC +04:00)
Ümumdünya Ticarət Palataları Federasiyası Azərbaycanın Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatın sıralarına daxil olması üçün ASK-ya hərtərəfli dəstək göstərməyə hazırdır.
Ümumdünya Ticarət Palataları Federasiyası Azərbaycana dəstək göstərəcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Ümumdünya Ticarət Palataları Federasiyası Azərbaycanın Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatın sıralarına daxil olması üçün ASK-ya hərtərəfli dəstək göstərməyə hazırdır. Bunu Bakıda səfərdə olan strukturun vitse-prezidenti Mahendra Sangi bildirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü ASK-nın məlumatında deyilir.

O, ASK prezidenti Məmməd Musayevlə danışıqlar aparıb.

Məlumata görə, Musayev ASK-nın fəaliyyəti barədə danışıb.

Bundan sonra hər iki strukturun nümayəndələri arasında bağlı qapı arxasında danışıqlar keçirilib.

Xəbər lenti

Xəbər lenti