...

Azərbaycanda 300 kq-dan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 17:08 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.
Azərbaycanda 300 kq-dan çox ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakının Nərimanov və Xətai rayonlarında, Sumqayıt, Göytəpə, Tovuz şəhərlərində, eləcə də Tərtər, Biləsuvar, Ağstafa rayonlarında aparılan növbəti yoxlamalar zamanı saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 300 kq-dan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti