...

Aqressiv şəhərli - Nissan Qashqai (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 11:55 (UTC +04:00)
Aqressiv şəhərli - Nissan Qashqai
Aqressiv şəhərli - Nissan Qashqai (FOTO)

Nissan Qashqai - ənənəvi ailə xetçbekinin və yığcam yol avtomobilinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən yığcam krossoverdir. Bu avtomobil ənənəvi C-klass modelləri ilə müqayisədə daha dinamik dizayna can atan, eyni zamanda yığcam SUV-un ölçü və aqqressivliyinə məhəl qoymayan şəxslər üçün nəzərdə tutulmuşdur. Nissan Qashqai azadlıq təklif edir - hərəkət azadlığı, seçim azadlığı, fəaliyyət azadlığı! Bu hətta onun adında şifrələnmişdir. Avtomobil köçəri türk tayfası olan qaşqayların şərəfinə adlandırılmışdır. Diqqətlə baxdıqda avtomobil həqiqətən də irəli atılmağa hazırlaşan döyüşçünü xatırladır.

Nissan Qashqai əvvəldən axıradək Avropada işlənib hazırlanan ilk Nissan layihəsidir. Avtomobil İngiltərədə Sanderlend Nissan zavodunda istehsal edilir.

Nissan Qashqai şəhər həyat tərzinin tələblərinə cavab verən avtomobil kimi yaradılmışdır, amma şəhərdən kənar səfər üçün avadanlıqlarla da təchiz edilmişdir. Avtomobil sürətli və rəvan hərəkətə, əla idarəetmə və avtomobilin etibarlı sürülməsinə zəmanət verir. Xüsusi konstruksiyalı amartizator komfort və stabilliyi təmin edir.

Nissan Qashqai-da komplektasiyadan asılı olaraq (ön və ya tam ötürücülü) sürətləri dəyişən lingin önündə All Mode 4x4 selektor sistemi yerləşə bilər. Ondan istifadə çox asandır. Yol quru və hamardır - 2WD rejimi, bu zaman ötürücü yalnız qabaq təkərlərdə həyata keçirilir. AUTO rejimində elektronika özü nə zaman hər dörd təkəri işə salmağı, nə zaman isə yalnız qabaq təkərlərdə ötürücüdən istifadə etməyi təyin edir. Eyni zamanda Lock rejimini də seçmək olar - tam ötürücünün məcburi işə salınması. Bu halda qabaq və arxa təkərlər arasında zaman 57:43 nisbətində paylaşır. ALL MODE 4x4 sistemi və yolun həddən artıq işıqlandırılması çətin yollar xəbərini qəbul edə bilər.

Xarici görünüş
İlk baxışdan Nissan Qashqai güclü yol maşınları cizgilərinə malikdir. Möhkəm kapot və böyük faralar maşına savaşdən qələbə ilə dönən döyüşçünün əzəmətli görünüşünü xatırladır. Arxa görünüş fənərləri sanki arxadan hərəkət edən maşınlara ötüb keçmənin yaxşılıq gətirməyəcəyi haqda xəbərdarlıq edir.
Tamamlayıcı effekt 20sm ölçüsundə böyüdülmüş klirensin hesabına əldə edilir. Nissan Qashqai krossover kimi pozisiyalaşdırlır, bu Nissan avtomobillər cərgəsində yolsuzluq avtomobilləri və yol maşınları arasında əlaqələndirici hissədir.

İnteryer
Nissan Qashqai salonu sərnişinləri "evsayağı" qəbul edir. Mərkəzi idarəetmə konsolu salonun ümumi görünüşünu tamamlayır, onun çoxsaylı funksiyalarını öyrənmək üçün isə çox vaxt sərf etməyə ehtiyac yoxdur. Nissan Qashqai sükanı çox funksiyalıdır. Sükan kolonnası maillik bucağı üzrə tənzimlənir.

Avadanlıqlar paneli ağ işıq diodları ilə kombinasiyada gecə və gündüz işıqlandırılmasına malikdir. Nissan Qashqai taxometrinin və spidometrinin şkalası sürücünün düz qarşısında yerləşir və bu ona yoldan yayınmamağa kömək etməlidir. Yeni Mild Flow ventilyasiya sistemi sərnişinlər ətrafındakı salonun tez bir zamanda bərabər isidilməsini və ya sərinləndirilməsini təmin edir. Bütün Nissan Qashqai avtomobilləri maqnitola, telefon üçün Bluetooth-qarnitura, bütün qapıların elektrik ötürücüləri, sürücü qapısnın avtorejimi və ön oturacaqların isidilməsi funksiyaları ilə təchiz edilmişdir. Sükandan idarəolunan Audio Sistemə AM/FM radio və MP3 funksiyalı CD çeyndcer, 4-6 ədəd dinamik daxildir.

Təhlükəsizlik
Nissan Qashqai Euro NCAP crush-testlərində 5 ulduz qazanmışdır. Avtomobil həm aktiv, həm də passiv təhlükəsizlik sistemləri ilə təchiz olunub. Əsas komplektasiyada passiv təhlükəsizlik vasitələrinə ön və arxa sıra sərnişinləri üçün təhlükəsizlik pərdələri daxil olmaqla 6 təhlükəsilik yastığı aiddir. ABS sistemi avtomobilin yüklənməsindən və yol şəraitindən asılı olaraq Nissan Qashqai avtomobilinin hər dörd təkərini eyni zamanda tormozlamaq imkanına malik EBD (tormoz gücünün elektron paylaşdırılması sistemi) ilə bir əlaqədə çalışır. Seçim kimi Nissan Qashqai avtomobilinin maksimal dartısını təmin edən mühərrikin gücünü və tormoz sisteminin təzyiqini tənzimləyən 8-ci sinif ESP istiqamət davamlılığı sistemini sifariş etmək olar.

Mühərrik və transmissiya
Nurgün Motors-un təqdim etdiyi bu Nissan Qashqai avtomobili 2.0 litr həcmli, 142 at gücünə malik benzin mühərriki ilə təchiz olunub. Qashqai yanacaq qənaətcilliyini yüksəldən, daha tez sürətlənməni təmin edən və keçidlərin hiss olunmadığı Pilləsiz Transmissiya sisteminə malikdir.

Ətraflı məlumatı Nissan salonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

NISSAN getdiyin yolları_DƏYİŞ
"Nurgün Motors" şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarından alınan hər bir avtomobilə 4 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgün Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.
Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti 41, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yanı)
Tel.: (+99412) 430 81 41, 448 38 38
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az
Facebook səhifəsi: www.facebook.com/NissanAzerbaijan

Xəbər lenti

Xəbər lenti