...

İtaliyanın "Greenline" şirkəti Azərbaycanda birgə müəssisə yaratmaqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 17:17 (UTC +04:00)
İtaliyanın "Greenline" şirkəti Azərbaycanda yerli mühəndislik şirkətlərindən biri ilə tərəfdaşlıq əlaqələri quraraq birgə müəssisə yaratmaqda maraqlıdır.
İtaliyanın "Greenline" şirkəti Azərbaycanda birgə müəssisə yaratmaqda maraqlıdır

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

İtaliyanın "Greenline" şirkəti Azərbaycanda yerli mühəndislik şirkətlərindən biri ilə tərəfdaşlıq əlaqələri quraraq birgə müəssisə yaratmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun yaydığı məlumatda deyilir.

"Greenline" nümayəndələri şirkətin yaratdığı "Skylab" adlı laboratoriyanın xidmətlərini təklif edir. Sözügedən laboratoriya kimyəvi, ekoloji, kənd təsərrüfatı və sənaye analizlərinin aparılması üçün nəzərdə tutulub.

İtaliyanın "Greenline" şirkəti hidravlika mühəndisliyi, tullantıların idarə edilməsi, çirklənmiş ərazilərin təmizlənməsi, alternativ enerji mənbələri, ətraf mühitə təsirin dəyərləndirilməsi, peyk vasitəsilə ekoloji qiymətləndirmələr, elektromaqnit sahələrinin ölçülməsi və onun insan təsiri sahəsində ixtisaslaşmış aparıcı şirkətlərdən biridir.

Xəbər lenti

Xəbər lenti