...

Dörd ay ərzində keçmiş AzSSR Əmanət Bankının əmanətçilərinə 444 milyon dollardan artıq məbləğdə vəsait ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Axundov/

2012-ci il sentyabrın 30-na olan məlumata görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "KapitalBank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 349,109 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "KapitalBank"ın İdarə Heyəti sədrinin müavini Araz Əliyev bildirib.

Birdəfəlik ödənişlərin verilməsinə iyunun 1-dən başlanılıb.

"Hesabat dövründə bankın xidmət məntəqələrinə 995 673 müraciət daxil olub, onlardan 956 921-i artıq baxılması üçün bankın nəzdindəki Əmanətçilərə birdəfəlik fərdi ödənişlər mərkəzlərinə göndərilib. Bu müddət ərzində 819 774 əmanətçiyə 349,109 milyon manat vəsait ödənilib", - Əliyev deyib.

Onun sözlərinə görə, müxtəlif hüquqi səbəblərlə bağlı 71 267 müraciətin icrasından imtina edilib, 38 752 müraciətə isə hazırda baxılır.

Bankın nəzdindəki Əmanətçilərə birdəfəlik fərdi ödənişlər mərkəzlərinin sayı 143-dür. Onlardan 65-i Bakıda, yerdə qalan 78-i isə respublikanın regionlarında yerləşir.

Xəbər lenti

Xəbər lenti