...

Azərbaycan il ərzində investisiya layihələrinin maliyyələşdirilməsinə 170 milyon manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2012 15:02 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Biləsuvar rayonunda keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.
Azərbaycan il ərzində investisiya layihələrinin maliyyələşdirilməsinə 170 milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini bu gün Biləsuvar rayonunda keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Biləsuvar rayonunda "Natural Greenland" MMC-nin konserv zavodunun fəaliyyətinə baxış keçirilib.

Tədbir çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir meyvə emalı müəssisəsinin, heyvandarlıq kompleksinin, üzümçülük, bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi investisiya layihələri, metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, bu ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2050-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173,8 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 7500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edilib ki, 2012-ci ilin əvvəlindən Aran iqtisadi rayonunda 870-dən çox sahibkara 55,1 mln. manat, ümumilikdə isə indiyədək 5000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 240 milyon manatadək güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müəssisələrdən 46-sı istifadəyə verilib, 17 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 1,8 milyon manatdan çox güzəştli kredit verilib. Bu layihələrin reallaşması 120-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti