...

Mikromaliyyələşdirmənin gələcəyi Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafı ilə bağlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 12:33 (UTC +04:00)
Azərbaycanda mikromaliyyələşdirmənin gələcəyi ölkənin regionlarında kənd təsərrüfatının inkişafı ilə bağlıdır.
Mikromaliyyələşdirmənin gələcəyi Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafı ilə bağlıdır

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycanda mikromaliyyələşdirmənin gələcəyi ölkənin regionlarında kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Bu barədə cümə günü Trend-ə Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

"Azərbaycanda mikromaliyyələşdirmə bazarı nisbətən cavandır, onun cəmi 15 yaşı var və ona görə də regiondakı bankların və mikromaliyyələşdirmə təşkilatlarının hansı məhsullarla işlədiyindən asılı olaraq rəqabət bu gün kiçikdir. Bu, xüsusilə mikromaliyyələşdirməyə tələbin çox yüksək, təklifin isə məhdud olduğu Azərbaycan regionlarına aiddir. Bizə tez-tez fəaliyyətə yeni başlamış gənc sahibkarlar müraciət edirlər, onlardan əksəriyyəti universiteti yeni qurtarıb və onların yaxınlıqdakı kəndlərdəki maliyyə vasitələrinə çıxışları yoxdur. Ölkənin regionlarında mikromaliyyələşdirmə xidmətlərinə tələbin artması səbəbindən, demək olar ki, mikromaliyyələşdirmənin gələcəyi məhz bu istiqamətlərdən asılıdır", - Hacıyeva bildirib.

Bu gün AMFA 30 üzvdən ibarətdir. Onların arasında mikromaliyyələşdirmə ilə məşğul olan doqquz bank, beynəlxalq humanitar təşkilatlar tərəfindən təsis edilmiş 16 qeyri-bank kredit təşkilatı, iki icarə şirkəti, iki kredit ittifaqı və Almaniya-Azərbaycan fondu var.

Xəbər lenti

Xəbər lenti