...

2012-ci ildə Azərbaycanda 120 müəssisədə istehsalın dayandırılması haqqında qərar qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2012 13:34 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yanvar-sentyabr aylarında 600 istehsalat müəssisəsində yoxlama aparıb.
2012-ci ildə Azərbaycanda 120 müəssisədə istehsalın dayandırılması haqqında qərar qəbul edilib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir H.Vəliyev/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yanvar-sentyabr aylarında 600 istehsalat müəssisəsində yoxlama aparıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Xidmətin sədri vəzifəsini icra edən Əbülfət İmanov deyib.

"443 müəssisədə aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkar edilib, nəticədə 120 müəssisəyə qarşı istehsalatın dayandırılması haqqında qərar qəbul edilib", - İmanov qeyd edib.

100-dən artıq müəssisəyə qarşı tətbiq edilən cərimə sanksiyalarının ümumi məbləği 164 min manat təşkil edib. Ümumilikdə dövlət büdcəsinə 50 min manat dəyərində cərimə köçürülüb.

"Qida sənayesində istehsalat müəssisələrinin sayı 320 ədədi ötüb. Bu sahədə də ciddi qanun pozuntuları aşkar edilib. Onların arasında 110 çörəkxana, spirtli içkilərin istehsalı üzrə 50-dən çox müəssisə və təqribən 50 ət-süd məhsulları istehsalı müəssisəsi var", - İmanov bildirib.

Onun sözlərinə görə, problemlər əsasən antisanitariya, istehsalat prosesində tələblərə uyğun olmayan avadanlığın istifadəsi, vaxtı ötmüş məhsullarla bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti