Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanda sığorta bazarı üzrə şikayətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin aparıcı məsləhətçisi Orxan Bayramov deyib.
"Bu, müsbət amildir. Çünki adamlar artıq bilirlər ki, mənfi hallar baş verdikdə hara müraciət etmək lazımdır", - Bayramov bildirib.
Bu ilin doqquz ayının yekunları üzrə Dövlət Xidmətinə 300-dən artıq şikayət daxil olub.
"Onların arasında yalnız şirkətlərin ziyanı ödəməkdən imtina etməsi ilə bağlı şikayətlər deyil, həmçinin tərəflərin qiymət barədə razılığa gələ bilməməsi, yaxud təzminatların verilməsinin yubanması və başqa məsələlərlə bağlı şikayətlər də var", - Bayramov deyib.