...

BFB-də "Turanbank"ın səhmlərinin yerləşdirilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 18:56 (UTC +04:00)
Oktyabrın 29-dan "Turanbank"ın 6,196 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır.
BFB-də "Turanbank"ın səhmlərinin yerləşdirilməsinə başlanılır

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir C.Nəsibova/

Oktyabrın 29-dan "Turanbank"ın 6,196 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Bu barədə Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi ilə bağlı birjaya müraciət edib", - birjanın məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1082 manat olan 5 727 ədəd səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Emissiya prospektinin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 30 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti