...

"Unibank" bayram günlərində də işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2012 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/Trend/

"Unibank"in filialları bayram günlərində də müştərilərin üzünə açıq olacaq.

Oktyabrın 25-i (tam gün) 09.00-18.00-dək və ayın 26-da isə (yarım gün) saat 09.00-dan 15.00-dək "Unibank"ın bütün filial və şöbələrinin qapıları müəllim, həkim, hərbçi, dənizçi, bir sözlə hər kəs üçün açıq olacaq. Həftənin şənbə günü- oktyabrın 27-də isə bankın filial və şöbələri işləməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

Bayram günlərində, bankın müştəriləri "Unibank"ın bütün kredit məhsullarından istifadə edə biləcəklər. Müştərilər bayram günlərində də məbləği 5000 AZN-dək olan kreditləri, 30 ay müddətinə rəsmiləşdirə biləcəklər. 3000 AZN-dək kredit zaminsiz verilir. Borcalanın kredit götürməsi üçün şəxsiyyət vəsiqəsini və iş yerindən arayış təqdim etməsi kifayətdir. Xüsusilə vurğulamaq lazımdır ki, bank borcalanların qarşısında aylıq gəlirləri və əmək stajı ilə bağlı heç bir əlavə şərt qoymur. Hətta başqa banklara borcu olanlar da, "Unibank"dan kredit götürə bilərlər.

Onu da qeyd edək ki, bayram günlərində 28 Mall ticarət mərkəzində ALBALI kartın satış məntəqəsi fəaliyyətini davam etdirəcək. Arzu edən hər kəs bir neçə dəqiqə ərzində balansında 500 AZN olan ALBALI kartını ala bilər. Kartın rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir. ALBALI kartına sahib olan minlərlə "Unibank" müştərisi, faizsiz kredit xəttinə sahib olmaqla yanaşı, xüsusi bonus da qazanır. Kart sahibləri ALBALInın köməyi ilə bankın bütün partnyor mağazalarından istənilən məhsulu və xidməti sərfəli şərtlərlə əldə edə bilərlər. Bu məhsulların alışı zamanı ALBALI kartının sahibləri ödənişi hər ayın 1-dən 10-dək olmaqla, bir neçə aya (12 aya qədər) ödəyə bilərlər.

ALBALI kartı 3 il müddətinə 200 manatdan 3000 manatadək faizsiz kredit götürməyə imkan verir. Eyni zamanda, 200 manatadək pulu "Unibank"ın bankomatlarından nağdlaşdırmaq da mümkündür. Bu məbləğ isə 3 ay ərzində bərabər hissələrlə, heç bir faiz ödəmədən geri qaytarıla bilər.

ALBALI kartı və partnyorlarımız haqqında daha ətraflı məlumatı www.albali.az saytından öyrənmək mümkündür.

Bir daha qeyd edək ki, hər kəsin bankı olan "Unibank" müştərilərinə yalnız adi iş günlərində deyil, bayram günlərində də xidmət etməkdən şərəf duyur.

Əlavə məlumat üçün (012) 117 saylı telefona müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti