...

Azərbaycanın daha bir bankı kapitala qarşı minimum tələbin artırılmasına reaksiya verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2012 20:20 (UTC +04:00)
"Gəncəbank" ASC nizamnamə kapitalını 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni minimum normativ tələbədək artırır.
Azərbaycanın daha bir bankı kapitala qarşı minimum tələbin artırılmasına reaksiya verib

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir A.Axundov/

"Gəncəbank" ASC nizamnamə kapitalını 2014-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni minimum normativ tələbədək artırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) yaydığı məlumatda deyilir.

QKDK "Gəncəbank" ASC-nin 35 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Emissiya prospekti hər birinin nominal dəyəri 20 manat olan 1,75 milyon səhmin buraxılmasını ehtiva edir. Sövdələşmənin anderrayteri qismində "Uni Capital" ASC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı indiki 15 milyon manatdan 50 milyon manatadək artırılacaq.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 10 milyon manatdan 50 milyon manatadək artırılıb. Fəaliyyətdə olan banklar üçün bu qərar 1 yanvar 2014-cü ildən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti