...

"Uniforex növbəti seminarını ADİU-da keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Unibank-ın xidməti olan "Uniforex" Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Maliyyə və XİQ (Xüsusi İstedadlar Qrupları) tələbələri üçün ödənişsiz maarifləndirici seminar keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, seminarda "Forex - Maliyyə bazarı" haqqında, Uniforex Trading Station MT4 platforması ilə tanışlıq və digər ətraflı məlumatlar verilib. Qeyd edək ki, bu seminar Uniforex-in təqdimatında ilk deyil, əvvəlki seminarlar Bakı Dövlət Universitetində və ölkənin digər ali təhsil mərkəzlərində keçirilib.

"Uniforex" öz müştərilərinin maliyyə bazarlarına çıxışını təmin edir və gəlir əldə etmələri istiqamətində fəaliyət göstərir. Azərbaycan "forex" məkanında ilk dəfə olaraq "Uniforex" müştərilərə 24/7 xidmətini təqdim edir. Bundan başqa, bonus kampaniyasına əsasən, hər bir yeni müştərinin real "forex" hesablarına bonuslar hədiyyə olunur. "Uniforex" öz müştəriləri üçün Unibank-ın baş ofisində yerləşən Unitreninq-də ödənişsiz seminar və treyninqlər də təşkil edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və www.uniforex.az saytından öyrənmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti