...

Ernst & Young Azərbaycanda Bakıda MHBS-da aparılan yeniliklər üzrə seminar keçirmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 12:38 (UTC +04:00)

4-5 dekabr 2012-ci il tarixində Ernst & Young Holdinqs (SiAyEs) Bi.Vi. öz müştəriləri üçün Four Seasons mehmanxanasında Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") edilmiş son dəyişikliklər üzrə seminar təşkil etmişdir. Bu seminar Ernst & Young-ın Moskva ofisinin Maliyyə Hesabatları Qrupunun MHBS üzrə ixtisaslı mütəxəssisləri tərəfindən keçirilmişdir. Təqdimat bu yaxınlarda buraxılmış və 2012-ci və 2013-cü illər üçün qüvvəyə minmiş MHBS-da aparılmış yenilikləri işıqlandırmış və bunların tətbiqinə dair göstərişlərlə təmin etmişdir. Bundan əlavə, təlim MHBS ilə bağlı ən aktual mövzuları əhatə etmişdir.

Bu seminar Azərbaycanda fəaliyyət göstərən iri beynəlxalq və yerli şirkətləri təmsil edən iştirakçılar üçün hər il təşkil olunur.

İştirakçılar bir sıra mövzularla maraqlanmışdır, bunların arasında: 10 saylı MHBS "Konsolidasiya edilmiş maliyyə hesabatları", 11 saylı MHBS "Birgə layihələr", dəyərdən düşmə testləri və s.

Zəhra Tağıyeva, "BP Eksploreyşn Kaspian Si" MMC-nin "Şah Dəniz" Birgə Müəssisəsinin Mühasibat uçotu üzrə rəhbəri, MHBS yenilikləri üzrə seminarın təşkilinə görə öz minnətdarlığını bildirdi və təəssüratları ilə bölüşdü: "Mən təlimçilərə təşəkkür etmək və onların təlim sessiyası zamanı peşəkar və eyni zamanda xoş ab-havanı yaratdıqlarını vurğulamaq istərdim. Sessiya zamanı təqdim edilmiş MHBS yeniliklərinin çoxu sənayeyə aid olmuş, təlim materialları auditoriyanın maraqlarını nəzərə almaqla hazırlanmış və praktik misallarla təmin edilmişdir. Təlim interaktiv şəkildə , dərin müzakirələri və konkret nümunələrin təhlilini əhatə etməklə keçirilmişdir. Təlimin keçirildiyi yer düşünülərək seçilmiş, ümumilikdə tədbir möhtəşəm şəkildə təşkil edilmiş və tədbirin rahat keçməsi üçün hər bir şey nəzərə alınmışdır. Bu cür təlimlərin keçirilməsi yaxşı bir təcrübəyə çevrilir və biz növbəti tədbirin keçirilməsini səbirsizliklə gözləyirik."

Afaq Mustafayeva, Paşa Holdinq şirkətinin Audit və monitorinq departamentinin direktoru, demişdir: "MHBS-na yeniliklər üzrə seminar mənim gözlədiklərimi doğruldan çox yaxşı və faydalı inkişaf proqramı oldu. Bu təlim maliyyə sahəsində çalışan hər bir yüksək vəzifəli şəxsin əvvəlcədən bilməli olduğu MHBS-da əsas dəyişiklikləri işıqlandırdı. Peşəkar "qısaltmalar" təqdim etməklə, təlim "apriori" çatışmayan vaxtımıza xeyli qənaət etməyə kömək etdi və hər bir vəzifəli menecerin bilməli olduğu mövzuların və yanlış fikirlərin dəqiq siyahısı ilə təmin etdi. Təlimçilər məlumatın təqdim edilməsində təcrübəli idilər. Onların həmçinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə geniş təcrübələri var idi və onlar seminarı peşəkarcasına həyata keçirdilər. Praktik nümunələrin geniş spektri möhtəşəm idi və bütün iştirakçılara seminar ərzində mövzu ilə bağlı müzakirələr aparmağa imkan verdi.

Seminarın Bakının ən nüfuzlu məkanlarından birində keçirilməsi də çox təsirli oldu. Mən MHBS yenilikləri üzrə bu təlimi Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tələbləri ilə maraqlanan və bu tələblərin başa düşülməsinə çalışan, hesabatların hazırlanması ilə məşğul olan bütün mütəxəssislərə tövsiyə edərdim.

Xuraman Mehdiyeva, ARDNŞ-nin Mühasibat Uçotunun Metodologiyası Şöbəsinin müdiri, əlavə etdi: "Yüksək səviyyədə təşkil olunmuş seminar ARDNŞ-nin əməkdaşları üçün MHBS-da aparılan yeniliklərin praktik tətbiqi baxımından əhəmiyyətli olması ilə yadda qalan oldu. Seminarda müxtəlif standartlarda dəyişikliklərlə yanaşı BMHŞK tərəfindən buraxılmış yeni şərhlər haqqında məlumatların verilməsi də ARDNŞ-nin mütəxəssisləri üçün maraqlı oldu. Bu mövzuda seminarların keçirilməsi ARDNŞ əməkdaşları üçün xüsusilə aktualdır və tam vaxtında təşkil edilmişdir."

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 18 ofisdə 4000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti