...

"Paşa Bank" yerli biznes-jurnalistikanın inkişafı üzrə proqramın II mərhələsini həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir C.Nəsibova/

Paşa Bank-ın "British Council" ilə əməkdaşlıq əsasında həyata keçirdiyi yerli biznes-jurnalistikanın inkişafı üzrə proqramın reallaşdırılmasının ikinci mərhələsi çərçivəsində məşhur jurnalist və məsləhətçi Den Meyson Bakıya gəlib.

Bankdan Trend-ə verilən məlumata görə, bu həftə ərzində proqramın iştirakçıları onlayn-jurnalistikada tətbiq olunan müasir üsulları öyrənmək, zəruri informasiya axtarışı, peşəkar bloqun aparılması vasitələri, metodu və s. ilə tanış olmaq imkanına malik olublar. Bundan əlavə, Meyson yerli jurnalistləri Qərbin hadisələrin dərhal işıqlandırılması üçün öz işində sosial media vasitələrindən istifadə təcrübəsi ilə tanış edib.

Təlim çərçivəsində kütləvi-informasiya vasitələrinin nümayəndələri bankın baş əməliyyat inzibatçısı, İdarə heyətinin üzvü Emil Hacıyevlə görüş keçiriblər. Bankın nümayəndəsi əsasən iqtisadi mövzuları şərh edən jurnalistlərə Paşa Bank-ın timsalında bank bazarındakı proseslər, bazar iştirakçılarının iş prinsipləri, bankın yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqəsi barədə danışıb, eləcə də onların suallarını cavablandırıb.

Xatırladaq ki, yerli biznes-jurnalistikanın inkişafı üzrə proqram xarici peşəkar təlimatçı-müəllimlərin rəhbərliyi altında aparılan bir sıra xüsusi media-kurslardan və yerli KİV jurnalistlərinin Böyük Britaniyaya tanışlıq səfərindən ibarətdir ki, bu proqram çərçivəsində Azərbaycan KİV işçilərinin bu ölkənin aparıcı qəzet, jurnal və digər KİV jurnalistləri ilə görüşləri və təcrübə mübadiləsi planlaşdırılır.

Layihənin başlıca məqsədi iqtisadi mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasından ibarətdir ki, onlar avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olmaqla, əldə etdikləri bacarıqları ölkədə baş verən iqtisadi dəyişikliklərin və müxtəlif biznes-proseslərin daha peşəkarcasına işıqlandırılmasında və təhlilində tətbiq edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti