...

Bakı Metropoliteninin əsas stansiyalarından biri tam müasirləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2012 11:23 (UTC +04:00)
Bakı Metropoliteni "28 May" stansiyasının yenidən qurulması və müasirləşdirilməsi üzrə işlərə başlayıb.
Bakı Metropoliteninin əsas stansiyalarından biri tam müasirləşdirilir

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "28 May" stansiyasının yenidən qurulması və müasirləşdirilməsi üzrə işlərə başlayıb. Bu barədə şənbə günü Trend-ə Metropolitendən bildiriblər.

Yenidənqurma işləri çərçivəsində stansiyanın xarici görünüşü tam dəyişdiriləcək, xüsusən işlər stansiyanın giriş foyesini və platformanın özünü əhatə edəcək.

Metropolitendən qeyd ediblər ki, "28 May" stansiyası "İçərişəhər" və "Koroğlu" stansiyaları kimi tam müasirləşdiriləcək.

Mənbənin sözlərinə görə, işlər sərnişinlərin istifadə etməsi üçün stansiyanın bağlanmasının maksimum uzadılması yolu ilə aparılacaq.

"28 May" stansiyası "Koroğlu" stansiyası kimi sərnişinlər üçün yalnız qısa müddətə bağlanacaq", - mənbə vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti