Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir A.Axundov/
Nazirlər Kabineti "İdxal olunmuş malların kabotaj daşınması Qaydası"nı təsdiq edib. Bu barədə Trend bazar ertəsi Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.
Bu qayda idxal olunmuş malların gömrük nəzarəti altında gəmi vasitəsilə kabotaj daşınma yolu ilə gömrük məntəqələri arasında daşınması və boşaldılması qaydasını müəyyən edir.
Malların gəmi vasitəsilə kabotaj daşınması proseduru gömrük ərazisinin bir məntəqəsində yüklənərək, bu ərazini tərk etmədən digər məntəqəyə daşınmaqla boşaldılan aşağıdakı mallara şamil edilir:
1) sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallara;
2) gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük ərazisində daşınan bəyan olunmamış mallara.