...

Azərbaycanda çörəyin qablaşdırılması və məktəb bufetlərinin menyusu məsələsi həll edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2012 12:17 (UTC +04:00)
Azərbaycanda çörəyin qablaşdırılması haqqında qərar qəbul edilməsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitəsindən asılı olacaq.
Azərbaycanda çörəyin qablaşdırılması və məktəb bufetlərinin menyusu məsələsi həll edilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 dekabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanda çörəyin qablaşdırılması haqqında qərar qəbul edilməsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitəsindən asılı olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Trend-ə komitənin rəhbəri Ramiz Həsənov bildirib.

"Texniki Komitəyə müxtəlif nazirliklərin və idarələrin, həmçinin çörək istehsalçılarının nümayəndələri daxildirlər və onların rəyi əsasında qərar qəbul ediləcək. Çörək məhsullarının qablaşdırılması əhəmiyyətli məsələdir və əgər Texniki Komitə müsbət qərar qəbul edərsə, biz bu məsələdə ona dəstək göstərəcəyik", - Həsənov deyib.

Dövlət Komitəsində oktyabrda çörək istehsalçıları ilə görüş keçirilib. Həmin görüşdə sahibkarlar istehsal vaxtı çörəyin qablaşdırması ideyasını dəstəkləməyiblər. Onlar hesab edirlər ki, bu proses bilavasitə mağazalarda həyata keçirilməlidir. Əks təqdirdə bu "zavod çörəyi" adlandırılan istehsal xəttinin dayanmasına gətirib çıxaracaq.

Görüşdə qeyd edildiyi kimi, bu il 160 min ton istehsal gücünə malik 14 çörək istehsalı müəssisəsinə 14 milyon manat məbləğində kreditlər ayrılacaq.

Həmçinin paytaxtda və ətraf kənd və qəsəbələrin 123,5 min ton istehsal gücünə malik səkkiz müəssisəsinə altı milyon manata qədər məbləğdə kreditlər ayırılacaq.

Son 4 ay ərzində 114 müəssisədə yoxlamalar aparılıb və onlardan 84-də pozuntu aşkar edilib. 15 təsərrüfat subyekti 28 min manat mıbləğində cərimə olunub.

Habelə, Həsənovun sözlərinə görə, uşaqlar üçün lazımi qidalanma rasionu müəyyən ediləcək məktəb bufetləri haqqında təklif paketi hazırlanır və onun yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.

Noyabrda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) müvafiq qurumlarla birgə formalaşdırdığı işçi qrupunun orta məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin bufetlərində satılan ərzaq məhsulları və hazırlanan qidalarla bağlı ilkin təklifləri və mütəxəssislərin rəyləri açıqlanıb.

Bufetlərdə azyaşlılar və məktəblilərin rasionlarına meyvə-tərəvəz, süd məhsulları, vitaminlərlə zəngin, keyfiyyətli, ekoloji baxımdan təmiz olan məhsulların, isti yeməklərin daxil edilməsi, uşaqlara təmiz meyvələrdən hazırlanmış şirələrin verilməsi, uşaqların sağlamlığına zərər yetirən qidaların satışı və hazırlanmasının qarşısının alınması təklif edilir. Zərərli məhsullar dedikdə isə, tərkibində konservantlar, qida əlavələri, kimyəvi maddələrlə zəngin olan qidalar nəzərdə tutulur. Mütəxəssislər belə qidaların uşaqlara verilməsini tövsiyə etmirlər.

Hazırda mütəxəssislərin fikirləri və rəyləri nəzərə alınmaqla standartların hazırlanması istiqamətində işlər aparılır. Bununla bağlı Səhiyyə və Təhsil nazirliklərinə də məktublar göndərilib. Yaxın həftələrdə standartlar layihəsi tam hazır olacaq. Layihə hazırlandıqdan sonra komitə rəhbərliyinə təqdim ediləcək və komitənin rəhbəri tərəfindən təsdiqlənəcək. Bu standartlar məktəblərdə və uşaq bağçalarında ciddi şəkildə tətbiq ediləcək. Onlara nəzarəti isə SMPDK yanında Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti