...

Azərbaycan Mərkəzi Bankı gələcəkdə uçot dərəcələrini azaldacağını istisna etmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2012 12:47 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə uçot dərəcələrinin azaldılması tendensiyasını davam etdirə bilər.
Azərbaycan Mərkəzi Bankı gələcəkdə uçot dərəcələrini azaldacağını istisna etmir

Azərbaycan, Bakı, 12 dekabr / Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) gələcəkdə uçot dərəcələrinin azaldılması tendensiyasını davam etdirə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə bildirib.

AMB İdarə Heyətinin qərarı ilə uçot dərəcələri 2012-ci il dekabrın 10-dan 5,25 faizdən beş faizədək azalıb.

"Bu il inflyasiya səviyyəsi çox aşağı idi və uzunmüddətli inflyasiya trendini nəzərə alaraq, Mərkəzi Bank hesabaalma payının korreksiyası haqqında qərar qəbul etdi. Həmçinin, kommersiya banklarında depozitlər və kreditlər üzrə faizlərin azalması ilə bağlı vəziyyət müşahidə olunur ki, həmçinin bu da inflyasiya ilə əlaqədardır", - Rüstəmov deyib.

Onun sözlərinə görə, belə inflyasiya trendi davam edəcək, müvafiq olaraq gələcəkdə təkrar maliyyələşmə dərəcələrinin azaldılması haqqında qərar qəbul edilə bilər.

Azərbaycanda orta illik inflyasiya (1,3 faiz) xarici ticarət tərəfdaşı olan ölkələrdəki səviyyədən xeyli aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti