...

Bakı Fond Birjası "Gəncəbank" ASC-nin səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2012 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir A.Axundov/

Dekabrın 14-dən "Bakı Fond Birjası"nda " Gəncəbank" 35 milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə "Bakı Fond Birjası" (BFB) QSC-nin yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 1,75 milyon səhm buraxılıb. Şirkətin səhmlərinin yerləşdirilməsinin anderrayteri qismində "Uni Capital" ASC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı hazırkı 15 milyon manatdan 50 milyon manata çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti