...

Azərbaycanın xarici ticarət profisiti 13 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2012 11:44 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-noyabr aylarında ümumi xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 7,88 faiz azaldığını elan edib.
Azərbaycanın xarici ticarət profisiti 13 milyard dolları ötüb

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-noyabr aylarında ümumi xarici ticarət əməliyyatlarının ötən ilin analoji dövrü ilə müqayisədə 7,88 faiz azaldığını elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Trend-ə Dövlət Gömrük Komitəsindən bildirilib. Bu dövrdə Azərbaycanın xarici ticarət tərəfdaşları dünyanın 154 ölkəsi olub.

Ölkənin ümumi mal dövriyyəsi 30,54 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 13,65 milyard dollar həcmində müsbət saldo yaranıb.

Bu müddət ərzində xarici ticarət əməliyyatlarında 8 255 hüquqi və fiziki şəxs qeydə alınıb. Onlardan 3 748-i hüquqi, 4 507-i isə fiziki şəxsdir.

2012-ci ilin 11 ayı ərzində ölkənin ixrac əməliyyatları 22,094 milyard olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,34 faiz azdır.

İxracda dövlət sektorunun payı 20,817 milyard dollar (94,2 faiz), özəl sektorun payı 1,066 milyon dollar (4,8 faiz), fiziki şəxslərin payı isə 210,8 milyon dollar (0,95 faiz) təşkil edib.

Yanvar-noyabrda idxal 8,444 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,76 faiz çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,818 milyard dollar (21,53 faiz), özəl sektorun payı 6,284 milyard dollar (74,41 faiz), fiziki şəxslərin payı isə 341,799 milyon dollar (4,05 faiz) olub.

Yanvar-noyabr ayları ərzində Azərbaycandan 2 196 növdə mal ixrac, ölkəyə isə 6 279 növdə mal idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti