...

Azərbaycan Mərkəzi Bankı 2013-cü ildə məzənnə risklərinin idarə olunmasının effektivliyinin artırılmasına çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2012 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.Xəlilova /

Son 15 ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin orta illik dəyişməsi tempi bir faizdən az olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cümə axşamı dərc olunmuş 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

"Məzənnənin sabitliyi ölkədə makroiqtisadi və maliyyə sabitliyinə, milli valyutaya inamın möhkəmlənməsinə və dollarlaşmanın azalmasına müsbət təsir göstərib", - bəyanatda deyilir.

2012-ci ildə Mərkəzi Bank məzənnə siyasətini tənzimlənən məzənnə rejimi (dəhliz mexanizmi) çərçivəsində həyata keçirib. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklif tələbi üstələyib.

"Bu şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün cari ildə Mərkəzi Bank tərəfindən 1,5 milyalrd ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirilib. Nəticədə dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi ümumən sabit qalıb və cəmi 0.2 faiz möhkəmlənib", - bəyanatda deyilir.

Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 11 ay ərzində 4,3 faiz ucuzlaşıb.

"Bu, bir tərəfdən, manatın məzənnəsinin əlverişli səviyyədə saxlanması, digər tərəfdən isə tərəfdaş ölkələr ilə müqayisədə daxili inflyasiyanın aşağı səviyyəsi hesabına baş verib", - bəyantın mətnində deyilir.

Mərkəzi Bankda hesab edirlər ki, real effektiv məzənnənin ucuzlaşması son nəticədə qeyri-neft sektorunun rəqabət qabiliyyətini (xarici bazarlarda qiymət üstünlüyünü) yaxşılaşdıran mühüm amildir.

"2013-cü ildə manaatın məzənnəsinin başqa valyutalara nisbətdə dəyişməsi qlobal valyuta bazarınadakı proseslərdən asılı olacaq. Həmin şəraitlərdə iqtisadi subyektlər tərəfindən məzənnə risklərinin effektiv idarə olunmasının əhəmiyyəti artacaq. Məzənnə siyasətinin parametrləri tədiyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyinin hədəfləri, qeyri-neft ixracının rəqabətə davamlılığının müdafiəsi nəzərə alınaraq müəyyən ediləcək", - bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti