...

“FINCA Azerbaijan” ölkənin mərkəzi regionlarında kreditləşdirməni artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2012 14:43 (UTC +04:00)
Mərkəz regionunda yaşayan və şəxsi bizneslərini qurmaq və inkişaf etdirmək istəyən kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən "FINCA Azerbaijan"nın 6 filialından biri olan Ağcabədi filialının kredit portfeli 7 milyon ABŞ dollarına çatmaq üzrədir.
“FINCA Azerbaijan” ölkənin mərkəzi regionlarında kreditləşdirməni artırıb

Mərkəz regionunda yaşayan və şəxsi bizneslərini qurmaq və inkişaf etdirmək istəyən kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən "FINCA Azerbaijan"nın 6 filialından biri olan Ağcabədi filialının kredit portfeli 7 milyon ABŞ dollarına çatmaq üzrədir.

2011-ci il ilə müqayisədə filialın kredit portfeli 26 faiz artaraq hazırda 6.944.000 ABŞ dolları təşkil edir.

2007-ci ildən fəaliyyət göstərən Ağcabədi filialı 42 nəfər işçi heyətilə Ağcabədi, Zərdab, Beyləqan və Füzuli rayonlarında yaşayan 6.782 nəfər ticarət, xidmət, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara Kənd Kredit Qrupu, Həmrəy Kredit Qrupu, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkar Krediti, Fərdi Kənd Krediti kredit məhsullarını verir.

Onu da qeyd edək ki, filialın kreditlərin ödənilməsi ilə bağlı risk faizi 0% təşkil edir

Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küç., 94 ünvanında yerləşən filial müştərilərə həftənin 5 günü, saat 09:00-dan - 18:00-dək (13:00 - 14:00 nahar fasiləsi) xidmət göstərir.

14 il Azərbaycanda fəaliyyət göstərən "FINCA Azerbaijan" ölkə ərazisində 29 filial və 35 market ofisi vasitəsilə 135,000 nəfərdən artıq müştəriyə maliyyə xidmətləri göstərir. "FINCA Azerbaijan"ın ümumi kredit portfeli 150 miliona yaxın USD təşkil edir. Bu göstəricilərə görə FINCA Azerbaijan təkcə ən böyük Mikro Maliyyə Təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti