...

Ötən il Azərbaycanda 84,6 ton keyfiyyətsiz ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2013 16:11 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ötən il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 84,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Ötən il Azərbaycanda 84,6 ton keyfiyyətsiz ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ötən il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 84,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu barədə Dövlət Xidmətinin təşkilatçılığı ilə Ağdaşda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda keçirilən konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev deyib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak edib.

Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Onun sözlərinə görə, 2012-ci il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 183 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti