...

Azərbaycanda investisiya müsabiqələri yolu ilə özəlləşdirilən müəssisələrə 200 milyon dollardan çox vəsait qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2013 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir A.Axundov/

Ötən il Azərbaycanda investisiya müsabiqələri yolu ilə özəlləşdirilən müəssisələrə təqribən 160 milyon manat vəsait qoyulub. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov kollegiya iclasında çıxışında deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Komitənin yaydığı məlumatda deyilir.

"Ötən il kiçik özəlləşdirmə zamanı təqribən 600 dövlət obyekti və müəssisə, təqribən 620 obyekti olan torpaq sahələri özəlləşdirilib", - Həsənov qeyd edib.

Onun sözlərinə görə, 53 pul və ixtisaslaşdırılmış hərraclarda 32 səhmdar cəmiyyətin səhmi özəlləşdirilib.

2013-cü il yanvarın 1-nə olan məlumata görə, Dövlət Əmlak Reyestrinə 13841 dövlət qurumu və filialının 143 837 obyekti haqqında məlumatlar daxil edilib.

"Ötən il dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlak üzərində qeydiyyat, o cümlədən kadastr daşınmaz əmlakı ilə bağlı sahələri tənzimləyən 20 normativ-hüquqi sənədlərin layihələri hazırlanıb", - Həsənov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti