...

Seçicilərin 60 faizə yaxını Ermənistandakı iqtisadi vəziyyətdən narazıdır - sorğu

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2013 15:07 (UTC +04:00)
"Gallup International Association" təşkilatının apardığı rəy sorğusunun nəticələrinə görə, seçicilərin 35 faizi Ermənistandakı iqtisadi vəziyyəti "pis", 24 faizi isə "çox pis" kimi qiymətləndirir.
Seçicilərin 60 faizə yaxını Ermənistandakı iqtisadi vəziyyətdən narazıdır - sorğu

Azərbaycan, Bakı, 7 fevral /Trend/

"Gallup International Association" təşkilatının apardığı rəy sorğusunun nəticələrinə görə, seçicilərin 35 faizi Ermənistandakı iqtisadi vəziyyəti "pis", 24 faizi isə "çox pis" kimi qiymətləndirir. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.

"Gallup International Association"ın sorğusu Yerevanda və kənd icmaları da daxil olmaqla, başqa vilayətlərdə fevralın 2-dən 5-dək 18 yaşdan yuxarı 1080 nəfər arasında aparılıb. Hesablamalarda xətalar 3 faiz təşkil edir.

Təşkilatın Ermənistandakı ofisinin direktoru Aram Navasardyanın sözlərinə görə, yalnız 3, orta hesabla isə 36 faiz Ermənistandakı iqtisadi vəziyyəti müsbət qiymtələndirir.

Eyni zamanda, o bildirib ki, rəyi soruşulan seçicilərin 9 faizi öz ailələrinin maddi rifahını "yaxşı" və cəmi bir faizi "çox yaxşı" kimi qiymətləndirir. Bununla yanaşı, rəyi soruşulanların 60 faizi ailələrinin maddi gəlirlərinin "orta", 21 faizi "pis" və 9 faizi "çox pis" olduğunu hesab edir.

"Ailələrin rifahı ilə ölkədəki vəziyyətin qiymətləndirilməsi arasındakı fərq onunla izah olunur ki, ailələrin vəziyyəti təkcə ölkədəki vəziyyətdən asılı deyil, çünki ölkəyə daxil olan şəxsi transfertlərdən birbaşa çox şey asılıdır", - Navasardyan deyib.

Rəyi sorulan seçicilərdən yalnız 10 faizi öz həyatından tam razıdır, 21 faizi qətiyyən razı deyil. 37 faiz hesab edir ki, "daha çox razıdır, nəinki yox", 31 faiz isə "daha çox narazıdır, nəinki hə".

"Bir ildən sonra siz daha pis, yoxsa daha yaxşı yaşayacaqsınız" sualına respondentlərin 40 faizi "eyni cür", 21 faizi "bir az daha yaxşı", 13 faizi "bir az daha pis", 6 faizi "daha da pis" və 4 faizi "əhəmiyyətli dərəcədə yaxşı" cavabını veriblər. Seçicilərin 17 faizi suala cavab verməkdə çətinlik çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti