...

Azərbaycanda əməkhaqlarının leqallaşdırılması üzrə təkliflər ayın sonuna hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2013 11:25 (UTC +04:00)
Vegilər Nazirliyi ölkədə nağdsız ödənişlərin stimullaşdırılması və əməkhaqlarının leqallaşdırılmasına dair təklifləri fevralın sonunadək Prezident Administrasiyasına təqdim edəcək.
Azərbaycanda əməkhaqlarının leqallaşdırılması üzrə təkliflər ayın sonuna hazır olacaq

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir A.Axundov/

Vegilər Nazirliyi ölkədə nağdsız ödənişlərin stimullaşdırılması və əməkhaqlarının leqallaşdırılmasına dair təklifləri fevralın sonunadək Prezident Administrasiyasına təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda II vergi forumu çərçivəsində jurnalistlərə deyib.

"Ölkə başçısının Vergi Məcəlləsində dəyişikliklərin tətbiqi ilə bağlı fərmanında bu iki məsələyə dair ciddi göstərişlər verilib. Hazırda bu iki istiqamət üzrə ayrıca qanun layihələrini hazırlayırıq. Bu qanun layihələri işçilər və işəgötürənlər arasında müqavilələrin imzalanmasını, yeni hesabat formalarının hazırlanmasını, qeydiyyatın elektron formata keçirilməsini, həmçinin nağdsız ödənişləri əhatə edəcək ki, bu da stimullaşdırıcı metodlar vasitəsilə həyata keçiriləcək", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, hələlik bu dəyişikliklərin hansı formada ediləcəyi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti