...

Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinə yeni üzvlər seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2013 18:02 (UTC +04:00)
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirilib.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinə yeni üzvlər seçilib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirilib.

Birlikdən Trend-ə verilən məlumata görə, iclas 26 fevral Xocalı Soyqırımı Günü münasibətilə və hər iki ölkə şəhidlərinin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.

Prosedura uyğun olaraq, Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçilib.

Gündəliyə uyğun olaraq ATİB İdarə heyətinin sədri Cemal Yangın İdarə heyətinin 2012-ci il üzrə fəaliyyət hesabatını iclas iştirakçılarına təqdim edib. İllik hesabat Ümumi Yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul edilib.

ATİB Təftiş Komissiyasının üzvü Qorxmaz Ağayev 2012-ci il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib. İclas iştirakçıları təftiş komissiyasının rəyini qəbul ediblər.

Bundan sonra İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxılıb. İdarə heyəti sədrinin müavini İlham Alməmmədov və İdarə heyətinin üzvü Resul Doğan iş fəaliyyətləri ilə əlaqədar ATİB İdarə heyətinə lazımi qədər vaxt ayıra bilməyəcəklərinə görə xahiş ediblər ki, onlar İdarə heyəti üzvlüyündən azad edilsinlər. Onların yerinə "Paşa Həyat Sığorta" ASC-nin İdarə heyətinin sədri Mürsəl Rüstəmov və "Pegasus" (Aramex) şirkətinin rəhbəri Aydın Məmmədov ATİB İdarə heyətinə üzv seçiliblər.

Daha sonra ATİB-in 2013-cü il üçün büdcəsi təqdim olunub və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti