Azərbaycan, Bakı, 5 mart, / Trend, müxbir A.Axundov
Trend-in məlumatına görə, "Azərsu" ASC-dən bildirilib ki, Səbail rayonu Bakı şəhəri Vaqif prospektində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.
Bununla əlaqədar martın 5-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, C.Hacıbəyli, K.Rəhimov, F.X.Xoyski, Təbriz və Ağa Nemətulla küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.