Azərbaycan, Bakı, 14 mart /Trend/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə jurnalistlər arasında yazı müsabiqəsi elan edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirlikdən daxil olan xəbərdə deyilir.
Müsabiqənin mövzusu:
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan əhalisinin sosial müdafiəsi"
Müsabiqənin şərtləri:
- Yazılı və elektron KİV nümayəndələri iştirak edə bilər.
- Müsabiqəyə təqdim ediləcək yazılar 01-21 aprel tarixində yazarın təmsil etdiyi KİV-də nəşr edilməlidir.
- Müsabiqəyə təqdim ediləcək yazılar araşdırma xarakterli olmalıdır.
- Əvvəllər dərc olunmuş yazıların təkrar olaraq müsabiqəyə təqdim edilməsi qəbul edilməzdir.
- Yazıların həcmi 11 min işarədən az olmamalıdır.
- Müsabiqəyə təqdim ediləcək yazı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş yazı müsabiqəsinə təqdim edilmək üçün hazırlandığı göstərilməlidir.
- Yazılar elektron variantla yanaşı, dərc olunmuş nüsxədə 22-30 aprel 2013-cü il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində (Salatın Əsgərova 85, 4-cü mərtəbə) qəbul ediləcəkdir.
Müsabiqənin mükafatlandırma fondu:
- I Yer - 1000 manat
- II Yer - 700 manat
- III Yer - 500 manat
- Hər biri 200 manat olmaqla həvəsləndirici mükafat - 5 ədəd
Qeyd: Qaliblər 01 - 10 may tarixlərində Bakı şəhərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasında elan olunacaqlar.
Əlaqə telefonu: +99412 541 97 66 , +9955 616 61 66
Elektron ünvan: [email protected]