...

"AccessBank" bayram günlərində də müştərilərinə xidmət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 17:58 (UTC +04:00)
"AccessBank" müştərilərinin rahatlığını təmin etmək üçün və bir sıra yaz kampaniyalarının keçirilməsi ilə əlaqədar olaraq, 23 mart tarixində pərakəndə bank xidmətlərini təklif edən filialların fəaliyyət göstərəcəyini elan edir.
"AccessBank" bayram günlərində də müştərilərinə xidmət edəcək

Azərbaycan, Bakı, 19 mart /Trend/

"AccessBank" müştərilərinin rahatlığını təmin etmək üçün və bir sıra yaz kampaniyalarının keçirilməsi ilə əlaqədar olaraq, 23 mart tarixində pərakəndə bank xidmətlərini təklif edən filialların fəaliyyət göstərəcəyini elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, həmin gün müştərilər əmanət və hesablar üzrə əməliyyatların aparılması, kredit borcunun ödənilməsi, kredit sənədləşdirilməsi, plastik kartların sifarişi, sürətli pul köçürmələri, valyuta dəyişmə, kommunal ödənişlər və digər bu tipli əməliyyatları həyata keçirə bilərlər.

Pərakəndə bank xidmətlərini təklif edən filiallar aşağıkılardır:

• Səbail filialı;
• Bül-Bül filialı;
• Həzi Aslanov şöbəsi;
• Binəqədi filialı;
• Maştağa filialı;
• Sülh filialı (Sumqayıt şəhəri);
• Nizami filialı (Gəncə şəhəri).

25 və 26 mart tarixlərində isə bütün paytaxt və regional filialların müştəri xidmətləri şöbəsi və kassaları həmişəki iş rejimində müştərilərə xidmət göstərəcəklər. Bu günlərdə istər fiziki, istərsə də hüquqi şəxs olan bütün müştərilərə bank xidmətləri təklif olunacaq.

Sizə yaxın filialın iş rejimi, həmçinin istənilən digər zəruri məlumatları bankın Telefon Xidmətinin Ümumi Mərkəzinə *0151 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+ "sabit" proqnoz), həmçinin "Global Finance" (2011) və "Euromoney" Nəşriyyat Qrupu (2010, 2011 və 2012-ci illərdə) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb (2011). "AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çıxış edən "Access Holding" (16.5%) və Almaniyanın "LFS Financial Systems GmbH" şirkətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti