...

“Bank of Baku” bir milyonuncu kredit müştərisini Aralıq dənizi istirahətinə yollayır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2013 14:38 (UTC +04:00)
Azərbaycanın aparıcı banklarından olan “Bank of Baku” özünün bir milyonuncu kreditini rəsmiləşdirib.
“Bank of Baku” bir milyonuncu kredit müştərisini Aralıq dənizi istirahətinə yollayır (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Azərbaycanın aparıcı banklarından olan "Bank of Baku" özünün bir milyonuncu kreditini rəsmiləşdirib. Sayca 1 milyonuncu krediti "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində çalışan Bakı şəhər sakini Rəşidə Fərəcova alıb. Bu barədə çərşənbə axşamı Trend-ə bankdan daxil olan məlumatda bildirilir.

Rəşidə Fərəcova uzun müddətdir ki, "Bank of Baku"-nun nümunəvi müştərisidir.

"Bank of Baku" özünün "Milyonuncu ol, Aralıq dənizində milyonçu kimi dincəl" aksiyası çərçivəsində sayca 1 milyonuncu krediti almış Rəşidə Fərəcovaya Aralıq dənizinə kruiz səfəri mükafatını təqdim edib. Haqqı bütünlüklə bank tərəfindən ödəniləcək səyahət zamanı qalib müştəri 10 gün ərzində İtaliya, İspaniya, Fransa, Yunanıstan və digər hövzə ölkələrinin füsünkar gözəllikləri ilə tanış olacaq. Dəniz səyahəti "Carnival Sunshine" kruiz laynerində baş tutacaq. Səyahət paketinə qida, gəmidə əyləncə proqramı, dənizə açılan pəncərəli kayutada rahat yaşayış və digər üstünlüklər daxildir.

"Bank of Baku" qalibə kruizə yaxın bir insanı ilə yollanmaq imkanı verib və artıq Rəşidə Fərəcova dəniz səyahətinə qızı ilə yollanacağını bildirib. Mükafatın təqdim edilmə mərasimində öz təəssüratları ilə bölüşən Rəşidə xanım onu və qızını Aralıq dənizinə istirahətə yollayan "Bank of Baku"-ya minnətdarlığını ifadə edib. "Bu, yay istirahətini keçirmək üçün "Bank of Baku"-dan möhtəşəm bir hədiyyədir. Hər bank öz hesabına müştərisini bahalı istirahətə göndərməz. Xəyalı gerçək edən "Bank of Baku"-ya böyük təşəkkürlər!".

Aksiya çərçivəsində kredit sayı 2006-cı ildən hesablanıb. Bir müştəriyə eyni
gündə bir neçə paralel kredit verilibsə, kredit sayı 1 kredit kimi nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti