...

Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlər üzrə illik proqnozun üçdə birini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-aprel aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 405,68 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DGK-nın saytında dərc edilən hesabatda deyilir.

Hesabata əsasən, apreldə gömrük rüsumlarından daxilolmalar 11,11 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 100 milyon manat, aksizlər üzrə 3,49 milyon manat, yol vergisi üzrə isə 1,47 milyon manat təşkil edib.

2013-cü il üçün DGK xətti ilə ödənişlər proqnozu 1,38 milyard manat həcmində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti