Azərbaycan, Bakı, 14 may /Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Brokdil-AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Bu barədə çərşənbə axşamı Trend-ə QKDK-dən məlumat verilib.
MMC-nin lisenziyası onun ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərməsi üçün verilən icazənin müddətinin başa çatması ilə əlaqədar yenilənib.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 12 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.