...

Mərkəzi Bank: Pul və maliyyə statistikasının dərinliyi və əhatəliliyi genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2013 17:51 (UTC +04:00)
Məlum olduğu kimi, 2013-cü ilin yanvar ayından etibarən Azərbaycan bank sistemi üçün yeni Hesablar Planı qüvvəyə minib, 4-rəqəmli hesablar planı əhəmiyyətli genişlənərək 5-rəqəmli formatda təsdiq olunub.
Mərkəzi Bank: Pul və maliyyə statistikasının dərinliyi və əhatəliliyi genişləndirilib

Azərbaycan, Bakı, 17 may /Trend/

Məlum olduğu kimi, 2013-cü ilin yanvar ayından etibarən Azərbaycan bank sistemi üçün yeni Hesablar Planı qüvvəyə minib, 4-rəqəmli hesablar planı əhəmiyyətli genişlənərək 5-rəqəmli formatda təsdiq olunub.

Azərbaycan Mərkəzi Bankından Trend-ə verilən məlumata görə, yeni Hesablar Planının qüvvəyə minməsi uçot sistemini daha da təkmilləşdirməklə yanaşı, maliyyə-statistika göstəricilərinin analitik bazasının genişləndirilməsinə də yeni imkanlar yaradıb. Bu isə öz növbəsində, Mərkəzi Bankın tərtib edib yayımladığı pul və maliyyə statistikanın da yenidən işlənməsini zəruri edib.

Belə ki, balans hesabatlarının yeni formatı əsasında balans hesablarının təsnifatının yenidən formalaşması, köhnə hesablardan yeni hesablara keçid sxemlərinin qurulması və bütün statistikanın Beynəlxalq Valyuta Fondunun Pul-maliyyə statistikası üzrə Təlimatının standartlarına yenidən uyğunlaşdırılması həyata keçirilib.

Qeyd olunanlarla əlaqədar olaraq, Mərkəzi Bankın Statistik Bülleteninin cari ilin yanvar-mart ayları üzrə artıq yeni Hesablar Planı əsasında yayımlanması təmin olunub. Beləliklə, Statistik Bülletenin tam qrafikə uyğun yayımlanması üçün zəruri tədbirlər görülüb.

Bütövlükdə, görülmüş işlər bank sistemində hesabatlılığın beynəlxalq standartlara uyğunlaşdırılması, statistikanın dərinliyi, əhatəliliyi və şəffaflığının artırılmasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti