...

Azərbaycanda borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı prosesində yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 17:48 (UTC +04:00)
Vergilər Nazirliyi vergi borcu olan vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının ixtisaslaşdırılmış açıq hərraclarda satışı prosesində daha bir yenilik edib.
Azərbaycanda borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı prosesində yenilik

Azərbaycan, Bakı, 22 may /Trend/

Vergilər Nazirliyi vergi borcu olan vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının ixtisaslaşdırılmış açıq hərraclarda satışı prosesində daha bir yenilik edib.

Trend-in məlumatına görə, nazirliyin rəsmi internet saytında məhkəmə qətnamələri əsasında keçirilən hərraclarda borclu ödəyicilərin satışa çıxarılan əmlaklarına dair fotoçəkilişlər yerləşdirilməyə başlanıb.

Müxtəlif əmlakların hərraca çıxarılması və satışına dair elanlar artıq fotoşəkillərlə birlikdə müvafiq dizaynla tərtib edilir. Nəticədə hərracda iştirak etmək istəyən hər bir vətəndaş indi əmlakın vizual görünüşü ilə tanış olmaq imkanına malikdir.

Mütəxəssislər hesab edirlər ki, bu, hərraca çıxarlmış malların daha tez satılmasına imkan yaradacaq.

Borclu vergi ödəyicilərinin hərraca çıxarılan əmlaklarına dair fotoşəkillər Vergilər Nazirliyinin rəsmi səhifəsi www.taxes.gov.az ünvanında "Hərraclar" adlı yeni bölmədə yerləşdirilib.

Vergilər Nazirliyindən Trend-ə bildiriblər ki, bu tədbir vergi borclarının alınması sahəsində vəzifələrin daha səmərəli icrası istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti