Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Əliyev/
ABŞ-ın "FuelFX" kreativ agentliyinin mütəxəssisləri "Azərbaycan Hava Yolları" QSC və "Silk Way Group" üçün yeni saytların yaradılması ilə məşğul olacaq. Trend-in məlumatına görə, bu barədə "FuelFX" agentliyinin cümə günü yaydığı məlumatda bildirilir.
Məlumata görə, şirkət "Azərbaycanda sərnişin daşımaları ilə məşğul olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC və yükdaşımalarla məşğul olan "Silk Way Airlines" aviaşirkəti üçün yeni saytların yaradılması ilə məşğul olacaq".
Bundan başqa, şirkət, açılışı 2013-cü ilin yayına planlaşdırılan Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı üzrə üçölçülü virtual tur yaradır:
"AZAL" və Silk Way Group"un nümayəndələri "FuelFX"la yaranan əməkdaşlıqdan məmnunluqlarını, həmçinin məhsuldar və uzunmüddətli əməkdaşlığa ümid etdiklərini bildiriblər".