...

Azərbaycanın daha bir bankı kapitalı normativ səviyyəyədək artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A. Axundov/

Mayın 24-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank BTB" ASC-nin 36,4 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, hazırda bankın nizamnamə kapitalı 13,6 milyon manat səviyyəsindədir və bununla da yeni emissiyadan sonra bankın nizamnamə kapitalı 50 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti