...

"Unibank" istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Unibank"ın 5 milyon manat məbləğində faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Trend xəbər verir ki, bu barədə cümə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5000 istiqraz buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti