...

"AXA MBASK" sığorta agentliklərinin III forumunu keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2013 16:14 (UTC +04:00)
"AXA MBASK" Sığorta Şirkəti Qəbələdə "Güclü brend ilə fərq yaratmağa davam edirik" adlı Sığorta agentliklərinin III illik forumunu keçirib.
"AXA MBASK" sığorta agentliklərinin III forumunu keçirib (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A.Axundov/

"AXA MBASK" Sığorta Şirkəti Qəbələdə "Güclü brend ilə fərq yaratmağa davam edirik" adlı Sığorta agentliklərinin III illik forumunu keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, üç gün davam edən forumda sığorta agentliklərinin rəhbərləri və AXA MBASK-la əməkdaşlıq edən sığorta agentləri iştirak ediblər.

Məlumata əsasən, forumun birinci günü yerli sığorta bazarının mövcud problemlərinin müzakirəsinə həsr edilib.

İkinci gün iştirakçılara xaricdən xüsusi dəvət olunmuş ekspertlər satışlarla bağlı geniş treninqlər keçiblər.

Həmçinin, forumda keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar, agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Rəsmi hissədən sonra forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.

Qeyd edək ki, "AXA MBASK" SŞ-nın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərdi ki, "AXA MBASK" sığorta şirkəti ve onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sıgorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməktədir.

"AXA MBASK" qısa müddətdə paytaxtda və bölgələrdə 80-ə yaxın agentlik yaradıb. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində online rejimde agentliklərinə ve müştərilərinə yüksək səviyyədə xidmətlə təmin edib.

Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti