Azərbaycan, Bakı, 29 may /Trend/
"Bank of Baku" 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü ilə əlaqədar "Bolkart" sahibləri üçün şəhərin bir sıra uşaq dükanlarında sərfəli bayram kampaniyası elan edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda bildirilir.
Beləliklə, 31 may, 1 və 2 iyun tarixlərində "Bolkart" sahibləri üçün alış-veriş zamanı ödəniş aylarının sayı 3 ay uzadılır. İndi alınmış malın dəyərini 3 ay keçərli olan mağazalarda 6 aya , 6 ay keçərli olan mağazalarda isə 9 aya ödəmək mümkündür. Bu kampaniya yalnız üç gün qüvvədədir.
Kampaniyada aşağıdakı mağazalar iştirak edir :
• Next
• Mothercare
• Armani Junior
• Kids Couture
• Miss Blumarine
• LC Waikiki
• Albo Kidz
• Chicco
• Bücürük
• Nickelodeon
• İdeal Kids
• Panda Kids
• Erkən İnkişaf Mərkəzi
• Guess Kids
• Okaidi
Daha ətralı məlumat : 145 Məlumat Mərkəzi və www.facebook.com/Bolkart .