...

AZPROMO: Region ölkələri qloballaşma və beynəlxalq proseslərə cəlb olunmadan mənfəət gördülər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2013 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E. Əliyev/

Region ölkələri qloballaşma və beynəlxalq proseslərə cəlb olunmanın verdiyi mənfəəti gördülər. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov "Qafqaz və Mərkəzi Asiya regionunda beynəlxalq ticarət hüququ: regional inteqrasiya və qloballaşma arasında" beynəlxalq konfransın açılışında çıxış edərkən deyib.

Məmmədov bildirib: "Bir çox ölkələr ticarət rejimini yüngülləşdirmək üçün öz ticarət qanunverciliklərində islahatlar aparmağa çalışırlar, bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələri istisna təşkil etmir. Regional inteqrasiya və qloballaşma prosesləri gedir və bu davam edəcək. Regionun 9 ölkəsindən beşi (Rusiya daxil olmaqla) Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Gürcüstandan başqa, regionun bütün ölkələri MDB-nin üzvləridir. Region ölkələrinin azad ticarət haqqında ikitərəfli müqavilələri var, onlardan çoxu Aİ ilə azad ticarət haqqında danışıqlar aparır".

Onun sözlərinə görə, bütün bu nümunələr regionda gedən proseslərin fəallığını və müxtəlifliyini göstərir: "Digər təşəbbüslər də var. Onlardan bəzilərinin təkcə iqtisadi deyil, həm də siyasi mətnaltı mənaları var. İstənilən halda, regionda layihələr və təşəbbüslərin müxtəlifliyi ticarət qanunvericiliyinin inkişafını stimullaşdırır".

O xatırladıb ki, konfrans zamanı iqtisadi və ticari qanunvericiliyin müxtəlif aspektləri müzakirə ediləcək: "Son 10 ildə Azərbaycanda ticari tənzimlənmənin inkişafı proseslərində iştirak etmək, həmçinin onlarınn tətbiqinin nəticələrini görmək nəsib olub. Bu sahədə qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılır. Yadda saxlamaq lazımdır ki, yerli, regional və beynəlxalq ticarət qanunvericiliyi bütün biznes cəmiyyətinin rifahına xidmət etməlidir. Ticarət qanunvericiliyi bilavasitə sahibkarlara və ümumilikdə cəmiyyətə təsir edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti