...

"Unibank"ın əmanətçiləri avtomobil qazana bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2013 15:14 (UTC +04:00)
"Unibank"ın "Unibank-a əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereyası əhali arasında böyük marağa səbəb olub.
"Unibank"ın əmanətçiləri avtomobil qazana bilərlər

Azərbaycan, Bakı, 9 iyul /Trend/

"Unibank"ın "Unibank-a əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereyası əhali arasında böyük marağa səbəb olub.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu kampaniya çərçivəsində mayın 20-dən avqustun 31-dək "Unibank"da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.

Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

"Unibank"da depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir.

12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda 12%, fazilərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5% hesablanır.

Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti