...

İlin sonunadək Fransadan Azərbaycana daha 500 baş damazlıq cins heyvan gətiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2013 13:54 (UTC +04:00)
Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda qarşıya qoyulan əsas məqsədlərdən biri ət, süd və süd məhsullarının istehsalının artırılmasıdır. Südlük və ətlik istiqamətli cins heyvandarlıq komplekslərinin yaradılması İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin əsas istifadə istiqamətlərindəndir.
İlin sonunadək Fransadan Azərbaycana daha 500 baş damazlıq cins heyvan gətiriləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda qarşıya qoyulan əsas məqsədlərdən biri ət, süd və süd məhsullarının istehsalının artırılmasıdır. Südlük və ətlik istiqamətli cins heyvandarlıq komplekslərinin yaradılması İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin əsas istifadə istiqamətlərindəndir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyədək Fondun xətti ilə 15 müasir heyvandarlıq kompleksinin yaradılmasına 57,2 mln. manat məbləğində güzəştli kredit verilib. Artıq 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir.

Güzəştli kreditlərin verilməsi ilə yanaşı, dövlət tərəfindən sahibkarlara "Aqrolizinq" ASC vasitəsilə cins heyvanların güzəştli şərtlərlə verilməsində böyük dəstək göstərilir. Artıq digər Avropa ölkələri ilə yanaşı, Fransadan da damazlıq cins heyvanların gətirilməsinə başlanıb. İlkin olaraq gətirilmiş 160 baş damazlıq heyvanların 100 başı Biləsuvar rayonunda yerləşən heyvandarlıq kompleksinə və 60 başı isə Bərdə rayonunda yerləşən dövlətin güzəştli kreditləri hesabına yaradılmış heyvandarlıq kompleksinə verilib.

İlin sonunadək daha 500 baş damazlıq cins heyvan gətiriləcək. Bu damazlıq heyvanlardan alınan danalar gündəlik çəkisini 1,4-1,7 kq-dək artırmaqla və keyfiyyətli ət göstəriciləri ilə seçilirlər.

Müasir heyvandarlıq komplekslərinin yaradılması və cins damazlıq heyvanlarla təminatına dövlət dəstəyi tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti