Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir A.Axundov/
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) kapital bazarlarının inkişafı məsələləri üzrə missiyası payızda Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AYİB-in prezidenti Suma Çakrabarti Bakıda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bankın kapital bazarları məsələləri üzrə mütəxəssislərindən ibarət missiya bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda olacaq və bu sahədə daha ətraflı müzakirələri davam etdirəcək.
İndiyədək AYİB tərəfindən Azərbaycana 134 layihə çərçivəsində 2,1 mlrd. ABŞ dolları məbləğində kredit ayrılıb. Bank bu vəsaitdən 1,4 milyard dolları özəl sektorda 125 layihəyə ayırıb.