Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbirlər E.Əliyev, A.Axundov/
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökumətinin korrupsiya ilə mübarizə tədbirlərini alqışlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda AYİB prezidenti Suma Çakrabarti regiona ilk səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, korrupsiya ilə mübarizə ölkədə əlverişli investisiya mühitinin saxlanılması və inkişafı üçün vacibdir: "Bu gün vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüm və onlar bu sahədə aparılan bir sıra tədbirlər və korrupsiyanın aradan qaldırılması üzrə uğurlar barədə məni məlumatlandırdılar".
Bank prezidentinin sözlərinə görə, əsas fakt odur ki, Azərbaycan hökuməti bu problemin həlli üçün öz üzərinə ciddi öhdəliklər götürüb: "AYİB bu sahədə Azərbaycana kömək etmək üçün hər cür səy göstərməyə davam edəcək".